Keçmiş futbolçu Serxio Aquero Lionel Messinin futbolçu karyerasını bitirməzdən əvvəl “Barselona”ya qayıda biləcəyini bildirib.
Denmedia.az xəbər verir ki, Aquerodan Messinin Barselonaya qayıtması ilə bağlı fikirləri soruşulub. Onun sözlərinə görə, Messi yenidən “Barselona”da oynaya bilər. O, Messinin Dünya Kubokunda uğur qazana biləcəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Lionel Messi həyat yoldaşı ilə birlikdə Barselonaya qayıtmışdı. Messi "Kamp Nou"dan görüntülər paylaşmışdı. Messi şəhərdəki vaxtının maraqlı keçdiyini və həyat yoldaşı Antonella ilə Kataloniyaya qayıtmaq barədə daim danışdıqlarını qeyd edib.

