Keçmiş İtaliya millisinin qapıçısı Cianluici Buffon milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrıldığını açıqlayıb. “İtaliyanın Bosniya və Herseqovinaya məğlubiyyəti rəsmiləşən kimi bu vəzifədən getmək istəyirdim. Amma qərarımı bir daha düşünməyimi xahiş etdilər. Qravina prezident postundan getdikdən sonra artıq düzgün hesab etdiyim addımı sərbəst şəkildə ata bilərəm. Məqsədimiz İtaliyanı Dünya Kubokuna çıxarmaq idi və biz buna nail olmadıq. Hesab edirəm ki, növbəti rəhbərlik komandası mənim yerimə kimin gələcəyini sərbəst seçməlidir.” Çərşənbə axşamı İtaliya yığması Bosniya və Herseqovina ilə keçirilən pley-off oyununda (1:1, penaltilər — 4:1) məğlub olaraq 2026 Dünya Kubokuna vəsiqə qazana bilməyib. Beləliklə, İtaliya millisi ardıcıl 3-cü dəfə Dünya Kubokundan kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə turnirdə iştirak edib. Qeyd edək ki, Buffon bu vəzifəni 2023-cü ildən icra edirdi.
Buffon postunu tərk etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

