Kataloniyanın Barselona klubu La Liqanın 30-cu turunda Atletiko Madrid üzərində qələbə qazanıb.
Oyun Madriddə yerləşən Riyad Air Metropolitano stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 2:1 hesabı ilə qalib gəlib. Qaliblərin heyətində qolları Markus Reşford və Robert Levandovski vurub. Məğlub komandanın yeganə qoluna isə Juliano Simeone imza atıb.
Bu qələbə ilə Barselona xalını 76-ya yüksəldərək turnir cədvəlinin birinci pilləsində mövqeyini möhkəmləndirib və səfərdə Malyorkaya uduzan Real Madriddən fərqi 7 xala çatdırıb. Atletiko Madrid isə 57 xalla dördüncü pillədə qərarlaşıb.
Komandalar növbəti oyunda yenidən üz-üzə gələcək. Onlar Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında 8 aprel tarixində Barselonada yerləşən Spotify Camp Nou stadionunda qarşılaşacaqlar. Oyun saat 22:00-da başlayacaq.

