“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso “Real”ın hücumçusu Kilian Mbappeni London klubuna gətirməkdə maraqlıdır.
Bu barədə Football365 məlumat yayıb.
Nəşrin iddiasına görə, İngiltərə klubu artıq Mbappenin anası və eyni zamanda agenti olan Faiza Lamari ilə əlaqə saxlayıb. Bildirilir ki, “zadəganlar”ın yeni çalışdırıcısı fransalı futbolçunun “Stemford Bric”ə keçidində israrlıdır.
Məlumata əsasən, Xabi Alonso “Real”da işlədiyi dövrdə Mbappe ilə yaxşı münasibətlərə malik olub və onu yenidən öz komandasında görmək istəyir.
İddialara görə, Mbappe “Real”da baş məşqçinin hücum xəttində onu yalnız dördüncü seçim kimi görməsindən narazı qalıb.
Mayın 5-də isə futbolçunun komandanın məşqçilər korpusunun üzvlərindən biri ilə münaqişə yaşadığı barədə məlumat yayılmışdı. KİV-in yazdığına görə, insident aprelin 24-də keçirilən “Betis”lə oyun ərəfəsində baş verib. Bildirilir ki, məşq matçında Mbappenin ofsaydda olduğunu qeydə alan əməkdaşa futbolçu sərt və təhqiramiz şəkildə reaksiya verib.
Bundan başqa, mətbuatda Mbappenin “Real” rəhbərliyindən Vinisius Juniorun satılmasını tələb etdiyi də iddia olunub. Jurnalist Fransua Qalyardo bildirib ki, bu məsələ ilə bağlı Mbappenin anası Faiza Lamari artıq klub prezidenti Florentino Peresə müraciət edib.
İddialara görə, əgər Vinisius “Real”da qalarsa, Mbappe klubu tərk edə bilər.

