Fransa millisinin keçmiş yarımmüdafiəçisi Emmanuel Petit “Real Madrid”də uğursuz oyun nümayiş etdirən Kilian Mbappedən danışıb.
Den.az xəbər verir ki, Emmanuel Petit Kilian Mbappenin “Real Madrid”də dostunun olmadığını irəli sürüb. Petit, "Məncə, Kilian Mbappe Real Madriddə çox tənhadır. Jude Bellinghamın ona məhəl qoymadığını gördüm və onun klubda heç bir köməyi və ya dostları yoxdur” -deyə bildirib.
Keçmiş futbolçunun sözlərinə görə, Mbappe mediada dərc edilən xəbərlərə də qəzəblənib. Həmçinin, Mbappenin Fransa millisinin heyətində iştirak etməməsi onun vətənində sərt tənqid edilməsinə səbəb olub.
Qeyd edək ki, Kilian Mbappe “Real Madrid”də 20 matçda 10 qola imza atıb. İspaniya mediasında dərc edilən xəbərlərə görə, Mbappenin komanda yoldaşları ilə əlaqəsi gərgindir.
Futbolçular Mbappeni klubda istəmir? - "Real"da gərginlik

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.