Azərbaycan mini-futbol millisi bu gün axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Azərbaycan Mini-Futbol Federasiyasının məlumatına görə, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 00:00-da Tipos Arena stadionunda başlayacaq.
Bu gün 1/8 finalda həmçinin Rumıniya – Avstriya, Yunanıstan – Serbiya və Çexiya – Monteneqro qarşılaşmaları keçiriləcək.
Azərbaycan – Qazaxıstan matçının qalibi 1/4 finalda Çexiya – Monteneqro görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu ötən gün keçirilib:
Bosniya və Herseqovina – Macarıstan 2:2, penaltilər 2:3
Bolqarıstan – Fransa 6:1
Polşa – Gürcüstan 1:1, penaltilər 2:3
Ukrayna – Portuqaliya 3:1
Avropa çempionatı 4 iyunda başa çatacaq.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Avstriyanı 1:0, İtaliyanı 3:2, Fransanı isə 3:2 hesabı ilə məğlub edərək F qrupunun lideri olub.

