Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Den.az"ın məlumatına görə İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Xorvatiyanın Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.