Azərbaycan cüdoçusu Balabəy Ağayev Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Yaponiyanı təmsil edən hazırkı dünya çempionu Ryucu Naqayama ilə qarşılaşıb.
Balabəy Ağayev həlledici qarşılaşmada rəqibini məğlub edərək qızıl medal qazanıb.
Eyni çəkidə çıxış edən digər Azərbaycan cüdoçusu Əhməd Yusifov isə bürünc medal uğrunda görüşdə İsrail təmsilçisi İtsxak Aşpizə uduzaraq fəxri kürsüyə yüksələ bilməyib.
66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov medal şansını davam etdirir. O, üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Yolk Kazırbek ilə qarşılaşacaq.
Digər Azərbaycan idmançıları Ruslan Paşayev 66 kq, Şəfəq Həmidova 48 kq və Gültac Məmmədəliyeva 52 kq isə turniri medalsız başa vurublar.

