Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Argentina millisinin hücumçusu Lionel Messini 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçib.
Bu barədə təşkilatın rəsmi saytında məlumat dərc olunub.
121 ölkədən 472 jurnalistin iştirak etdiyi səsvermədə 39 yaşlı argentinalı futbolçu 1179 xal toplayıb. Messi bu göstərici ilə Fransa millisinin üzvü Kilian Mbappeni — 717 xal, İngiltərə millisinin futbolçusu Cud Bellinqemi isə — 470 xal qabaqlayıb.
Messi dünya çempionatında səkkiz qol vuraraq bombardirlər siyahısında ikinci yeri tutub. Birinci yerdə isə 10 qolla Kilian Mbappe qərarlaşıb.
İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Matçın yeganə qolunu ikinci əlavə hissədə “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres vurub.
Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda oynayıb. Enso Fernandes top uğrunda mübarizə zamanı Pau Kubarsiyə qarşı kobudluğa görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Fernandes ilk sarı vərəqəni isə 82-ci dəqiqədə hakimə etiraz etdiyi və qayda pozuntusu tələb etdiyi üçün almışdı.

