İngiltərənin “Mançester Siti” klubunun və Norveç millisinin hücumçusu Erling Holand Argentina millisinin kapitanı Lionel Messini dünya çempionatındakı rekordundan sonra “dəli” adlandırıb.
Holand bu paylaşımı Snapchat hesabında edib.
Məlumata görə, Messi dünya çempionatları tarixində vurulan qolların sayına görə Almaniya millisinin sabiq hücumçusu və turnir tarixinin ən yaxşı bombardiri Miroslav Klozenin göstəricisini təkrarlayıb.
Tarixi nəticə Argentina millisinin qrup mərhələsində Əlcəzairə qarşı keçirdiyi oyunda qeydə alınıb.
Görüş Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın bütün qollarını 38 yaşlı Lionel Messi vurub.
Argentinalı futbolçu rəqib qapısına 17-ci, 60-cı və 76-cı dəqiqələrdə yol tapıb.
“Messi dəlidir”, — deyə Holand paylaşımında yazıb.

