Azərbaycan Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək.
Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Turun ikinci matçında isə “Kəpəz” və “Şamaxı” üz-üzə gələcəklər. Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:15-də səslənəcək.
4 sentyabr — Misli Premyer Liqası, IV tur: 18:00 — “Qəbələ” – “İmişli”; 20:15 — “Kəpəz” – “Şamaxı”.
Denmedia.az

