Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan” və “Sabah” üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Turun son matçı isə Sumqayıtda keçiriləcək. Yerli “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:15-də səslənəcək.
Turun əvvəlki oyunlarında “Qəbələ” “Şamaxı” ilə 0:0 hesablı heç-heçə edib, “İmişli” “Şəfa”nı, “Kəpəz” “Turan Tovuz”u, “Zirə” isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

