UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçirilən “Sabah” – “Slaviya” (Praqa) matçında qeyri-adi antirekord qeydə alınıb.
“Opta”nın məlumatına görə, qarşılaşmada ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub.
Bu, müvafiq statistikanın aparılmağa başladığı 2003/2004 mövsümündən bəri Çempionlar Liqasında ilk zərbə üçün ən uzun gözləmə müddətidir.
“Sabah”ın hücumçusu Kaheem Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, ofsayd səbəbindən qol qeydə alınmayıb.
Bakı Olimpiya Stadionunda keçirilən görüş isə Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Parris 49-cu, Joy-Lance Mickels isə 88-ci dəqiqədə fərqlənib. Bu, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olub.

