"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.
"Enfield Road" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.
Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
01:51
“Liverpul” “Qarabağ”la oyunda hesab arasındakı fərqi yenidən artırıb.
90-cı dəqiqədə Federiko Kyeza fərqlənib - 6:0.
01:24
“Liverpul” “Qarabağ”la oyunda hesab arasındakı fərqi yenidən artırıb.
61-ci dəqiqədə Aleksis Makallister oyunda ikinci dəfə fərqlənib - 5:0.
01:19
“Liverpul” “Qarabağ”la oyunda hesab arasındakı fərqi artırıb.
57-ci dəqiqədə Uqo Ekitike dördüncü topu Ağdam klubunun qapısından keçirib - 4:0
01:12
“Liverpul” – “Qarabağ” oyununda hesab yenə dəyişib.
50-ci dəqiqədə Məhəmməd Salah üçüncü topu Ağdam klıubunun qapısından keçirib - 3:0.
01:07
“Liverpul” – “Qarabağ” oyununda ikinci hissə başlayıb.
İlk yarıdan sonra hesab London klubunun xeyrinədir - 2:0.
00:53
“Liverpul” – “Qarabağ” oyununda ilk hissə başa çatıb.
İlk yarıdan sonra hesab İngiltərə klubunun xeyrinədir - 2:0.
00:27
“Liverpul” – “Qarabağ” oyununda hesab dəyişib.
21-ci dəqiqədə Florian Virts İngiltərə klubunun üstünlüyünü artırıb - 2:0.
00:19
“Liverpul” – “Qarabağ” oyununda hesab açılıb.
15-ci dəqiqədə Aleksis Makallister İngiltərə klubunun heyətində fərqlənib.
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Liverpul” komandaları arasında VIII tur oyunu başlayıb.
Qarşılaşma İngiltərədə “Enfield Road” stadionunda Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

