Azərbaycanın “Sabah” basketbol klubu FIBA Çempionlar Liqasında növbəti oyununu keçirdi.
Komandamız müntəzəm mövsümün ikinci turunda səfərdə Türkiyənin “Trabzonspor” klubu ilə qarşılaşdı.
Trabzondakı Hayri Gür İdman Zalında keçirilən görüş meydan sahiblərinin 100:83 hesablı qələbəsi ilə başa çatdı.
“Sabah”ın heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Nik Perkins oldu.

