Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən 19 yaşadək idmançılar arasında dünya çempionatına qələbə ilə başlayıb.
Turnirin ilk günündə rinqə çıxan Nihat Qasımov (55 kq) və Səfər Məmmədzadə (+90 kq) rəqiblərini məğlub ediblər.
Nihat Qasımov 1/32 finalda Qırğızıstan təmsilçisi Nursultan Duşonaliyevə 3:2 hesabı ilə qalib gəlib. O, oktyabrın 18-də növbəti döyüşünü kanadalı Arcanpal Hundala qarşı keçirəcək.
Səfər Məmmədzadə isə 1/8 finalda Kirill Jukovskini eyni hesabla məğlub edib. Azərbaycan boksçusu oktyabrın 23-də rusiyalı İvan Baybakovla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də başa çatacaq.

