Azərbaycanın iki taekvondoçusu Qətərin paytaxtı Dohada keçirilən VI “Qatar Open” beynəlxalq turnirində iştirak edəcək.
Oktyabrın 19-dan 21-dək davam edən yarışda ölkəmizi Həşim Maqomedov və Fuad Məhərrəmli təmsil edəcəklər.
Hər iki idmançı 63 kiloqramadək çəki dərəcəsində mübarizə aparacaq.
Azərbaycan taekvondoçuları Qətərə milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yollanıblar.

