Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizi yarışda yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatının qalibi olmuş dörd idmançı təmsil edəcək.
Yeniyetmələrin yarışında Sadiq Abdullayev (tori) və Rəcəb Əkpərov (uke) mübarizə aparacaqlar.
Gənclər arasında isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) tatamiyə çıxacaqlar.
Azərbaycan idmançıları “nage-no-kata” növü üzrə yarışacaqlar.
Qeyd edək ki, dünya çempionatı 26–27 sentyabr tarixlərində keçiriləcək. Yarışda 35 ölkədən 462 cüdoçu iştirak edəcək.

