Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Xolostenkonu iki il müddətinə diskvalifikasiya edib.
Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idmançı olduğu yer barədə məlumatların təqdim edilməsi qaydalarını pozduğu üçün barəsində müvafiq sanksiya tətbiq olunub.
Diskvalifikasiya müddəti 31 avqust 2026-cı ildən qüvvəyə minib və 31 avqust 2028-ci ildə başa çatacaq.
Qeyd edək ki, Daniel Xolostenko yeniyetmələr və gənclər arasında yeddi dəfə Azərbaycan çempionu olub.

