Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan boksçusu Fərid Sadıqovu diskvalifikasiya edib.
Den.az xəbər verir ki, bu barədə AMADA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, o, 48 ay müddətinə idmandan kənarlaşdırılıb.
Buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin aşkarlanması səbəb olub.
F.Sadıqovun cəzasının müddəti 2028-ci il yanvarın 1-də başa çatacaq.