12 
noy
2023
11:16
218

"Zirə" "Qəbələ" ilə, "Qarabağ" "Səbail"lə qarşılaşacaq - Premyer Liqa

12 noy, 2023
11:16
218

"Zirə" "Qəbələ" ilə, "Qarabağ" "Səbail"lə qarşılaşacaq - Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

Den.az
xəbər verir ki, ilk olaraq "Zirə" "Qəbələ"ni qəbul edəcək. "Qartallar" 24 xalla liderdir, "qırmızı-qaralar" 8 xalla sonuncu-10 pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, "dənizçilər" 21 xalla 4-cü sıradadır.


16:30. "Zirə” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu


19:00. “Qarabağ”– “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Azər Əsgərov

Tofiq Bəhramov adına Respublika Stadionu


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar