Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.
Den.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq.
Şamaxı şəhər stadionununda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir.
Günün digər görüşü Zirə İdman Kompleksinin stadionununda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.
"Zirə" turnir cədvəlində 20 xalla beşinci pillədədir. "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.
Misli Premyer Liqası
II dövrə, XV tur
30 noyabr
14:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Şamaxı şəhər stadionu
17:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XV turun ötən gün keçirilən oyunlarında "Araz-Naxçıvan" evdə "Turan Tovuzu", "Sabah" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Tura sabah "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
Premyer Liqada XV turun iki görüşü keçiriləcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.