"Real Madrid"in transfer hədəfində "Bavariya"nın ulduzu Alfonso Davies var.
Den.az xəbər verir ki, bu barədə İtalyan insayder Fabrizio Romano məlumat verib. O bildirib ki, “Real” transfer siyahısında olan kanadalı ulduz Davies üçün hərəkətə keçib. Bildirilir ki, “Real” bundan əvvəl də futbolçunu transfer etməyə cəhd göstərib.
Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisinin "Bavariya" komandası ilə 2025-ci ilə qədər müqaviləsi var. Onun transfer dəyərinin 70 milyon avro olduğu deyilir. Lakin "Bavariya" futbolçu üçün daha çox pul tələb edə bilər. Bu mövsüm "Bavariya"nın heyətində 18 rəsmi oyuna çıxan Alfonso 3 məhsuldar ötürmə verib.
"Real"dan sürpriz həmlə - 70 milyon ödəməyə hazırdır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.