Hücum xəttinə iddialı hücumçular transfer etmək istəyən “Qalatasaray” klubu Memfis Depayla yanaşı daha bir ulduz futbolçu ilə danışıqlar aparır.
Den.az xəbər verir ki, “Qalatasaray” Braziliyanın "Atletiko Mineyro" komandasında çıxış edən Hulku transfer etmək üçün hərəkətə keçib. “A Spor”un xəbərinə görə, daha əvvəl də adı dəfələrlə türk komandaları ilə hallanan ulduz futbolçunun bu dəfə Türkiyəyə transfer olmağa razılıq verdiyi iddia edilib. “Qalatasaray”ın futbolçunu 1,5-2 milyon avro civarında transfer haqqı ilə heyətinə qatacağı deyilir.
Bildirilir ki, hazırki transfer dəyəri 2 milyon avro olan 37 yaşlı Hulk üçün indiyədək ümumilikdə 115 milyon avro transfer haqqı ödənilib. Futbolçu karyerası ərzində 743 matçda meydana çıxan hücumçu bu matçlarda 398 qol vurub, 211 məhsuldar ötürmə edib.
“Qalatasaray” 115 milyonluq hücumçunu alır - Razılıq əldə edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.