Sizin reklam burada

24 
may
2023
16:41

8
reklamlar
Yuxarı
12 yaşlı azərbaycanlı qız Fransada çempion oldu - FOTO

24 may, 2023
16:41
8
12 yaşlı azərbaycanlı qız Fransada çempion oldu - FOTO
Əslən Azərbaycandan olan fransalı gimnast Leyli Monbarbyu “ASB Bezye” klubunun heyətində bədii gimnastika üzrə Fransa çempionatının qalibi olub.
13 yaşlı idmançı Burq-en-Bresdə keçirilən birincilikdə bu uğura nail olub.
2011-ci ildə Parisdə anadan olan Leyli əslən Şuşadan olan sənət xadimi Təranə Allahverdiyevanın qızıdır. Valideynləri ona üç ad qoyublar: Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına ehtiram əlaməti olaraq Leyli, laçınlı nənəsinin şərəfinə Luoiza və anasının doğma şəhərinə sevgi əlaməti olaraq Şuşa. Leylinin atası isə fransızdır.