Azərbaycan ədəbiyyatının iftixarı olan görkəmli şair Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamına uyğun olaraq ümumitəhsil müəssisələrində Füzuli yaradıcılığına həsr edilmiş silsilə tədbirlər keçirilir.
"Den.az" xəbər verir ki, Məhəmməd Füzuli yaradıcılığına həsr edilmiş növbəti tədbir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə təşkil edilib.
Tədbir Füzuli yaradıcılığına həsr edilmiş ədəbi-bədii hissə ilə başlayıb. Tədbirdə “Leyli və Məcnun” operasından müəyyən səhnələr nümayiş olunub, şairin qəzəlləri səsləndirilib.
Tədbir iştirakçıları tədbir haqqında fikrlərini bildiriblər.Çıxış edən Abşeron Rayon Təhsil sektorunun əməkdaşı, Şəhid anası Könül Nəcəfova keçirilən tədbiri yüksək qiymətləndirib.Könül Nəcəfova onu da qeyd edib ki, şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsili maarifləndirmək təqdirəlayiq bir haldır.
Daha sonra sözügedən məktəbin direktoru, əməkdar müəllim Təyyibə Hüseynova Füzuli yaradıcılığı haqqında qeyd edərək vurğulayıb ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.
Bildirili ki,Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.
Şahnaz Əliyeva
Den.az