İqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.
“Den.az” xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edək ki, H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.