ABŞ prezidenti Donald Tramp bildirib ki, Federal Ehtiyat Sisteminin (Fed) növbəti sədrinə namizədin adı 2026-cı ilin əvvəlində açıqlanacaq.
Bu barədə Financial Times yazır.
Tramp daha əvvəl bildirmişdi ki, namizədi artıq özü üçün müəyyənləşdirib. Ümumilikdə təxminən on namizəd müzakirə olunub. Prezidentin təqdim etdiyi namizəd sonrakı mərhələdə Senatın təsdiqini almalıdır.
Amerika mediası əsas favorit kimi Ağ Evin iqtisadi müşaviri Kevin Hassett-i göstərir.
2 dekabrda Hassett-i Ağ Ev tədbirində təqdim edən Tramp belə deyib:
“Düşünürəm ki, potensial Fed sədri də buradadır. Mən bunu deməliyəm? Potensial. O, hörmət edilən insandır.”
Hal-hazırda Ağ Ev yeni nəzarət dövrü üçün iqtisadi komandanı formalaşdırmaqla məşğuldur.

