DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Çin artıq ticarət müharibəsindədir.
“Biz hazırda onun içindəyik,” — deyə Tramp qeyd edib, ÇXR sədri Si Cinpinlə razılıq əldə olunmasa, vəziyyətin daha da gərginləşə biləcəyini vurğulayıb.
Məlumata görə, Tramp və Si Cinpin bu ilin oktyabr sonu — noyabrın əvvəlində Cənubi Koreyada keçiriləcək APEC sammitində görüşəcəklər.