ABŞ hakimiyyəti Venesuela neftinin ilk partiyasını sataraq 500 milyon dollar gəlir əldə edib. Məlumata görə, bu vəsaitin əsas hissəsi Qətərdəki hesabda saxlanılır. Bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən Semafor nəşri məlumat yayıb.
“Tramp administrasiyası tərəfindən Venesuela neftinin ilk satışı 500 milyon dollar həcmində qiymətləndirilir…”, — deyə nəşrdə qeyd olunur.

