Venesuela yeni neft satışına dair razılaşmadan əldə edəcəyi vəsait hesabına yalnız ABŞ istehsalı olan məhsulları alacaq. Bu barədə ABŞ Prezidenti Donald Trump Truth Social sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Məni indicə məlumatlandırdılar ki, Venesuela yeni neft sazişimizdən əldə edilən vəsait hesabına yalnız Amerika istehsalı olan məhsulları alacaq”, — deyə Tramp yazıb.
Ağ Evin rəhbəri dəqiqləşdirib ki, söhbət xüsusilə ABŞ istehsalı olan kənd təsərrüfatı məhsullarından, dərman vasitələrindən və enerji sistemləri üçün avadanlıqlardan gedir.
“Başqa sözlə, Venesuela ABŞ-la əsas ticarət tərəfdaşı kimi iş aparmağı öhdəsinə götürür”, — o vurğulayıb.
Tramp əlavə edib ki, bu addım “ağıllı seçimdir və hər iki ölkənin xalqları üçün çox yaxşıdır”.

