ABŞ-ın fond bazar indeksləri uzun həftəsonu fasiləsindən sonra çərşənbə axşamı keçirilən ticarətin yekununda enişlə bağlanıb.
Qeyd olunur ki, bazar ertəsi ölkə birjaları Martin Lüter Kinq Günü münasibətilə bağlı olub.
Bazarlara təzyiq Donald Trumpun Avropa ölkələrindən idxal olunan məhsullara yeni rüsumlar tətbiq etmək hədələri ilə bağlı olub. Söhbət Trampın Qrenlandiyanın alınması ilə bağlı təklifinə qarşı çıxan Avropa dövlətlərindən gedir.
ABŞ Prezidenti bildirib ki, NATOya üzv Danimarka, Norveç, İsveç, Finlandiya, Almaniya, Böyük Britaniya, Fransa və Niderland 1 fevraldan etibarən 10 faizlik tariflərlə üzləşə bilər. Əgər Qrenlandiya ilə bağlı razılaşma əldə olunmasa, 1 iyundan etibarən rüsumlar 25 faizə qaldırılacaq.

