ABŞ Prezidenti Donald Tramp ölkələr onun Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı planlarına mane olacağı təqdirdə, onlara qarşı sərt ticarət sanksiyalarının tətbiqini istisna etməyib. Bu barədə TASS agentliyi məlumat yayıb.
Səhiyyə məsələləri üzrə köməkçilərlə keçirilən müşavirə zamanı Tramp qeyd edib ki, söhbət, o cümlədən, Avropa ölkələrindən gedir. Amerika lideri özünü həmçinin “rüsumların kralı” adlandırıb.
“Mən bunu Qrenlandiya məsələsində də edə bilərəm. Qrenlandiya ilə bağlı razılaşmaya gəlməsələr, ölkələrə qarşı rüsumlar tətbiq edə bilərəm. Çünki Qrenlandiya bizim milli təhlükəsizliyimiz üçün lazımdır. Ona görə də bunu edə bilərəm,” — deyə Tramp bildirib.

