ABŞ Prezidenti Donald Trump bəyan edib ki, Kanada Çinlə ticarət sazişi imzalayacağı təqdirdə, Kanada məhsullarına 100% rüsum tətbiq edəcək.
“Əgər qubernator Karni Kanadanı ABŞ-a yönələn Çin malları üçün tranzit məntəqəyə çevirməyi düşünürsə, ciddi şəkildə yanılır”, — Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Trampın fikrincə, Çin biznesinə Kanada bazarına giriş imkanı verilsə, bu, yerli şirkətlərin sıxışdırılıb çıxarılmasına gətirib çıxaracaq.
“Əgər Kanada Çinlə razılaşma bağlasa, biz dərhal bütün Kanada mallarına 100% rüsum tətbiq edəcəyik”, — deyə ABŞ prezidenti xəbərdarlıq edib.
Tramp paylaşımında Kanadanın baş naziri Mark Carneyni hökumət başçısı kimi deyil, “qubernator” adlandırıb. Qeyd olunur ki, Tramp əvvəllər də Kanadanın keçmiş baş naziri Justin Trudeau barədə eyni ifadədən istifadə edirdi. Bununla o, Kanadanın müstəqillikdən imtina edərək ABŞ-ın tərkibinə daxil olmalı olduğu fikrinə eyham vururdu.

