Azərbaycanın Azeri Light markalı nefti dünya bazarlarında əhəmiyyətli bahalaşıb.
Bir barelin qiyməti 2,52 ABŞ dolları və ya 3,58 faiz artaraq 72,89 dollar səviyyəsinə yüksəlib.
Beləliklə, Azeri Light kotirovkaları əvvəlki 70,37 dollar göstəricisindən xeyli yuxarı mövqedə möhkəmlənib və büdcə proqnozunu nəzərəçarpacaq dərəcədə üstələyib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Bu da hazırkı bazar vəziyyətinin əlverişli olduğunu göstərir.

