Qızıl üzrə fyuçers qiymətləri tarixi maksimumu yeniləyərək troy unsiyası üçün 5 100 dollar həddini keçib.
Nyu-Yorkda yerləşən COMEX birjasının məlumatına görə, 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersləri 3,35 faiz bahalaşaraq 5 100,46 dollar səviyyəsinə çatıb.
Artım gümüş bazarında da qeydə alınıb. 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersləri 5,49 faiz artaraq 87,878 dollar olub.
Qiymətli metallar bazarı investorlar tərəfindən artan tələbat fonunda yüksəlişini davam etdirir.

