Əmtəə bazarlarında qızıl və gümüş üzrə qiymətlərdə artım qeydə alınıb.
DenMedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,11 faiz artaraq 5035 ABŞ dollarına çatıb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də yüksəlib. Belə ki, gümüş 5,85 faiz bahalaşaraq 81,39 ABŞ dolları səviyyəsinə qalxıb.

