Dünya enerji bazarlarında neftin qiyməti aşağı istiqamətdə hərəkətini davam etdirir. Satış təklifləri göstərir ki, bazarda təzyiq hələ də qalır.
Hazırda “Brent” markalı neft 70,99 dollar səviyyəsində, yüngül xam neft isə 65,73 dollardan təklif olunur.
Qiymətlərin enişi qlobal tələbat proqnozları, ehtiyat göstəriciləri və geosiyasi faktorlarla bağlı gözləntilərin təsiri altında davam edir. Enerji bazarı yenidən həssas mərhələyə daxil olub.

