Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana göndərilməsi bütün tərəflər üçün sərfəlidir.
Bu barədə TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bu marşrut üzrə razılaşmalar “sözün əsl mənasında bir neçə gün ərzində” əldə olunub.
“Otuz ildən sonra ilk dəfə dəmir yolu ilə Ermənistana çatan ilk taxıl yükü Rusiya mənşəli olub. İndi gübrələr daşınmağa başlayır və yüklərin çeşidi genişlənir”
Aleksey Overçuk qeyd edib ki, bu proses Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalıdır və bütün tərəflər üçün yeni gəlir mənbəyi yaradır.
O, əlavə edib ki, Rusiya hökuməti region ölkələri arasında ticarətin inkişafında və yükdaşımaların artırılmasında maraqlıdır.
“Azərbaycan və Gürcüstana Avrasiya İqtisadi İttifaqına üzv dövlətin blokadadan çıxarılması məsələsində konstruktiv və effektiv əməkdaşlığa görə minnətdarıq”

