iyn
2023
13:58
329

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gəldi

3 iyn, 2023
13:58
329

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gəldi

"Qriqoryan, Overçuk və Mustafayev Yerasx-Culfa-Mehri-Horadiz marşrutu üzrə razılığa gəliblər".

Den.az xəbər verir ki, Ermənistan Nazirlər Kabineti Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin Moskvada razılaşdıqları məsələni açıqlayıb.

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası Moskvada konstruktiv atmosferdə keçirilib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin xidməti məlumat yayıb:

“Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş əldə olunub. O cümlədən, Yerasx-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə edilib”, - deyə məlumatda bildirilir.

Danışıqların nəticələri barədə üç ölkənin liderlərinə məlumat veriləcək. Tərəflər işi davam etdirmək barədə razılığa gəliblər.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar