İyun 2026 üçün Brent markalı neft fyuçerslərinin qiymətinin azalması Londonun ICE birjasında demək olar ki, 12%-ə qədər zəifləyib. Bu dinamika Hörmüz boğazı ətrafındakı vəziyyət fonunda qeydə alınıb.
Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, Brent nefti 14,44% ucuzlaşaraq bir barel üçün 93,49 dollara düşüb, WTI markalı neft isə 16,58% azalaraq 94,22 dollar olub.
Saat 23:50-yə olan vəziyyətə görə isə Brent üzrə eniş tempi zəifləyərək 96,44 dollar (-11,74%) səviyyəsinə çatıb. Eyni zamanda, WTI nefti də 11,81% azalaraq 96,36 dollar olub.

