Dünya neft bazarında qiymətlərdə artım müşahidə olunur. Səhər saatlarında keçirilən ticarət sessiyasında xam neftin qiyməti yüksələrək 84 dollar həddini keçib.
ICE birjasında 2026-cı ilin may ayı üzrə "Brent crude oil" markalı neftin fyuçerslərinin dəyəri səhər saatlarında əhəmiyyətli artım göstərib. Bakı vaxtı ilə saat 08:02-də qiymətlər 2,87 faiz bahalaşaraq bir barel üçün 83,74 dollara çatıb.
Ticarətin davamında isə artım daha da sürətlənib. Saat 08:17-də Brent neftinin fyuçersləri 3,5 faiz yüksələrək bir barelin qiymətini 84,25 dollara qədər qaldırıb.
Eyni zamanda ABŞ bazarında satılan "West Texas" Intermediate (WTI) markalı xam neft də bahalaşıb. Aprel ayı üzrə fyuçers müqavilələrinin qiyməti 4,14 faiz artaraq bir barel üçün 77,65 dollar səviyyəsinə yüksəlib.

