Neft qiymətləri bazar ertəsi axşam saatlarında yenidən aktiv artım nümayiş etdirib, investorlar isə geosiyasi xəbərləri izləməyə davam edir.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:36-ya olan məlumata görə bir barel üçün 108,86 dollar təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 3,59 dollar (3,41%) artım deməkdir.
Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri 2,55 dollar (2,7%) bahalaşaraq bir barel üçün 96,95 dollara yüksəlib.

