Bazarda fərqli dinamika müşahidə olunur. Londonun ICE Futures birjasında Brent neftinin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 08:09-a olan məlumata görə 111,51 dollar təşkil edib. Bu, əvvəlki bağlanışla müqayisədə 0,25 dollar (0,22%) artım deməkdir.
Qeyd edək ki, çərşənbə axşamı bu kontraktlar 3,03 dollar (2,8%) bahalaşaraq 111,26 dollara çatmışdı.
Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri 0,18 dollar (0,18%) ucuzlaşaraq 99,75 dollara enib. Əvvəlki sessiyada isə bu göstərici 3,56 dollar (3,7%) artaraq 99,93 dollar olmuşdu.
Bazarın diqqət mərkəzində isə Yaxın Şərqdəki vəziyyət qalır. Bildirilir ki, ABŞ və İran arasında münaqişənin nizamlanması istiqamətində cəhdlər dalana dirənib.

