ABŞ administrasiyası Pentaqonun hərbi bazaları və digər obyektlərinin altında yerləşən neft ehtiyatlarından istifadə imkanını nəzərdən keçirir.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu addım İranla silahlı qarşıdurmadan sonra azalan ABŞ-nin Strateji Neft Ehtiyatlarını bərpa etmək planının bir hissəsi kimi müzakirə olunur.
Məlumata görə, hərbi bazalarda neft hasilatı enerji daşıyıcılarının bahalaşan qiymətlərinə dərhal təsir etməyəcək. Lakin bu, Vaşinqtona hasil olunan yanacaq üzərində tam nəzarət imkanı verəcək və özəl istehsalçılardan alış asılılığını azaldacaq.
ABŞ Geoloji Xidmətinin 2025-ci il məlumatına əsasən, Pentaqona və digər federal qurumlara məxsus torpaqlarda təxminən 29,4 milyard barel neft və 391 trilyon kub fut təbii qaz ehtiyatı yerləşir. Bu da təxminən 11 trilyon kubmetr qaz deməkdir.

