Hörmüz boğazı ayın sonuna qədər bağlı qalsa, dünya bazarında neftin qiyməti kəskin bahalaşaraq bir barel üçün 150–200 dollara çata bilər. Bu barədə The Economist jurnalı X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Nəşrin fikrincə, neft qiymətlərində belə kəskin artım qlobal iqtisadi resessiyaya səbəb ola bilər.
Hörmüz boğazı dünya enerji sisteminin ən vacib dəniz marşrutlarından biri hesab olunur. Buradan dünya üzrə neft, kondensat və neft məhsullarının təxminən 15–20 faizi, həmçinin maye təbii qaz ixracının 30 faizdən çoxu keçir. Bundan əlavə, Fars körfəzi ölkələrində hasil olunan neftin təxminən 90 faizi məhz bu marşrutla daşınır.

