“KazMunayGaz-Aero” şirkəti və “Azərbaycan Hava Yolları” AZAL Şımkent Beynəlxalq Hava Limanında hava gəmilərinin “qanad altında” yanacaqla təmin edilməsi üzrə saziş imzalayıb.
Bu barədə “KazMunayGaz”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AZAL 2026-cı il 16 iyundan etibarən Şımkent — Bakı marşrutu üzrə müntəzəm sərnişin reyslərinə başlayacaq. Uçuşlar həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Tərəfdaşlıq çərçivəsində “KazMunayGaz-Aero” şirkətinin törəmə strukturu AZAL təyyarələrinin yanacaqla təminatını beynəlxalq təhlükəsizlik, keyfiyyət və əməliyyat etibarlılığı standartlarına uyğun şəkildə həyata keçirəcək.

