“Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay .əhətrinə uçuşlara yenidən başlayır.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

