İraq OPEC-dən çıxmaq imkanını nəzərdən keçirir. Bu barədə Reuters ölkənin neft siyasəti ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bağdad neft hasilatı üzrə kvotasını artıra bilməsə, bu variantı gündəmə gətirə bilər. Mənbələr bildiriblər ki, İraq OPEC-dəki hasilat kvotasının ciddi şəkildə artırılmasını istəyir.
Reuters-in məlumatında qeyd olunur ki, İraq rəsmiləri OPEC-dən çıxmaq ehtimalını müzakirə etsələr də, hazırda əsas plan təşkilatda qalmaq və kvotanın artırılmasına nail olmaqdır.
Mənbənin sözlərinə görə, ölkə Yaxın Şərqdəki münaqişə fonunda dərin maliyyə böhranı ilə üzləşib.

