Azərbaycan Mərkəzi Bankının Pul siyasəti departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktorunun müşaviri təyin edilib.
O, yaxın perspektivdə Azərbaycanı həm Dünya Bankında, həm də Beynəlxalq Valyuta Fondunda (BVF) təmsil edəcək.
Qeyd edək ki, Anar Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlıdır.
O, 2013-cü ildən Mərkəzi Bankın Pul siyasəti departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəisi vəzifəsini icra edib.

